Saat:06:36
Haqqımızda

Rusiyada 59 təyyarə və helikopter necə yoxa çıxıb? - Böyük korrupsiya qalmaqalı

2024-02-12 15:48:02

Rusiyada 59 təyyarə və helikopter necə yoxa çıxıb? - Böyük korrupsiya qalmaqalı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) 59 təyyarə və helikopterin xaricə qanunsuz çıxarılması ilə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərliyinə qarşı cinayət işi açıb.

Hurriyyet.az xəbər verir ki, Rusiyanın “İzvestiya” nəşri bununla bağlı xəbər paylaşıb.

Məlum olub ki, Rusiyadan “yoxa çıxandan” sonra ən azı üç “Mi-8” helikopteri Ukrayna tərəfində müharibədə iştirak edib. “Yoxa çıxan” “İl-76” nəqliyyat təyyarələri isə marşrutlarını izləməyin mümkün olmaması üçün transponderləri söndürülmüş şəkildə yük daşıyıblar.

Bu iş çərçivəsində fevralın 7-də Federal Hava Nəqliyyatı Agentliyinin Moskvadakı mərkəzi ofisində axtarışlar aparılıb. Tədbirlər zamanı Federal Hava Nəqliyyatı Agentliyinin əməkdaşlarının və digər şəxslərin hava gəmilərinin qeydiyyatdan çıxarılması üzrə hərəkətlərinin qanunsuzluğunu təsdiq edən əşyalar və sənədlər götürülüb. Nəticədə FTX məsələ ilə bağlı cinayət işi açıb.

Rusiya yurisdiksiyasından qeyri-qanuni çıxarılan 59 təyyarədən 36-sının artıq satıldığı məlum olub. 21 təyyarənin alıcıları Rusiyanın dominantlıq etdiyi Avrasiya İqtisadi İttifaqından kənar dövlətlərin vətəndaşları olub. Daha 8 alıcı isə hətta “Rusiyaya dost olmayan” ölkələrdəndir.

Məlum olub ki, təyyarə və helikopterlər çarter reysləri və ya digər proqramlar bəhanəsi ilə Rusiyadan çıxıb və geri qayıtmayıblar. Təyyarələrin nə müvəqqəti, nə də həmişəlik çıxarılması proseduru rəsmiləşdirilməyib.

“İzvestiya”nın Nəqliyyat Nazirliyindəki mənbələri bildirirlər ki, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradkonun 2023-cü ilin sentyabrında istefaya göndərilməsinin əsas səbəbi məhz bu hadisədir. Bu cinayət işində keçmiş qurum rəhbəri də təqsirləndirilən şəxs qismində istintaqa cəlb oluna bilər.

Göründüyü kimi, təpədən-dırnağa korrupsiya içərisində olan Rusiyada onlarla təyyarə və hlikopter belə “yoxa çıxa” bilir...

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192131