Rusiya zabitləri Ukraynaya qarşı döyüşməkdən imtina edir

2022-06-17 22:42:00

Rusiya zabitləri Ukraynaya qarşı döyüşməkdən imtina edir

“Ukraynada vuruşan rus komandirlər əsgərlərlə birlikdə silahlarını atıb qaçırlar”.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti  (SBU) tərəfindən dinlənilən rus hərbçinin telefon danışığında deyilir.

"Komandirimiz getdi.  Getdi yox, silahını atıb qaçdı. Əvvəldən deyirdi ki, döyüşmək istəmir. Onu tapmasalar bizi də geri göndərəcəklər”,- hərbçi arvadına deyib.

Məlumatda o da vurğulanır ki, işğalçılar uzun müddətdir “həmkarları” və yaxınları ilə söhbətlərində rəhbərliyin hərəkətlərindən narazı olduqlarını bildirirlər.

May ayında SBU, əsgərlərin onların həyatlarını riskə atan və geri çəkilmələrini qadağan edən rəhbərlikdən şikayətlərini dərc edib. \\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya