Saat:18:16
Haqqımızda

Rusiya yeni qoşunlar göndərir, ancaq Ukraynanı Kurskdan geri sıxışdıra bilmir - FT

2024-08-12 15:56:57

Rusiya yeni qoşunlar göndərir, ancaq Ukraynanı Kurskdan geri sıxışdıra bilmir - FT

Ukrayna Ordusunun əməliyyatında iştirak edən əsgərlər bazar günü "Financial Times"a bildiriblər ki, Rusiya işğalın yeddinci gününə girdiyi üçün əlavə qüvvələr göndərməsinə baxmayaraq, Kursk bölgəsinə Ukrayna qoşunlarını geri sıxışdıra bilməyib.

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyası ilə sərhəd yaxınlığında jurnalistlərə açıqlama verən Ukrayna hərbçiləri Rusiya ərazisində qaldıqlarını bildiriblər.

"Biz daha dərinlərə gedirik", - işğal başlayandan bəri Rusiya torpaqlarında üç rotasiyanı tamamlayan ukraynalı əsgər Denis deyib. O əlavə edib ki, Rusiyanın əlavə qüvvələr göndərməsinə baxmayaraq, Kiyev qoşunları əvvəlki kimi üstünlüyə malikdir. Həmin vaxt Ukraynaya məxsus qırıcı təyyarə havada görünüb.

Denis və onun yüksək rütbəli zabitlərinin xahişi ilə adı çəkilməyən bölmələri hücumda iştirak etmək üçün bir həftədən də əvvəl Donetsk vilayətinin şərqindən bölgəyə yerləşdirilib.

Başqa bir əsgər Konstantin sürpriz əməliyyatın erkən uğurunun həqiqətən də onların əhvalını yüksəltdiyini söyləyib.

"Biz Ukraynanın qələbəsinə əminik”, - o, döyüşə qayıtmazdan əvvəl əlavə edib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü FT-yə bildirib ki, onlar əməliyyatın təfərrüatlarını gizli saxlayırlar, çünki "əvvəlcə onun necə inkişaf edəcəyini gözləyirlər”.

"Ukraynanın işğalının son məqsədi - ən yaxşı və ən elit briqadalarından istifadə etməklə - hələ də qaranlıq qalır. Lakin əməliyyat göstərdi ki, Ukraynanın ilk mini işğalından bir il sonra Rusiyanın sərhəd müdafiəsi yenə də zəifdir və bu, Kiyevə çox lazım olan mənəvi dəstək olub”, - materialda deyilir.

Analitiklər deyirlər ki, Kursk hücumu Ukraynaya potensial danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün lazım bilər. 

Təsdiqlənmiş video və fotoşəkillər göstərir ki, Ukrayna qoşunları və texnikası çərşənbə axşamı əməliyyat başlayandan bəri Rusiyanın içlərinə doğru 30 kilometr irəliləyərək, Rusiya sərhədi yaxınlığındakı Sudja şəhərini işğal edib.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə gecəsi beş günlük sükutu pozaraq qoşunlarının Rusiyaya ilk dəfə müdaxiləsini açıq şəkildə xatırladıb.

Zelenski deyib ki, baş komandiri Aleksandr Sırski ona "cəbhədəki vəziyyət və müharibənin işğalçı əraziyə keçirilməsi üzrə hərəkətlərimiz” barədə məruzə edib.

Kremlin Ukraynanın görünməmiş əməliyyatını dayandırmağa çalışmaq üçün "terrorla mübarizə” əməliyyatı elan etməsindən sonra Rusiya bölgəyə tank ekipajları, artilleriya qurğuları və pilotsuz təyyarələr göndərib.

Ukrayna və Rusiya bölmələri xəndəklər qazmağa başlayıblar ki, bu da cəbhə xəttinin tədricən sabitləşdiyini göstərir. Ukrayna mənbələri xəbər verir ki, hər iki tərəf istehkamların tikintisi üçün sənaye ekskavatorlarından istifadə etməyə başlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.224565