Saat:18:10
Haqqımızda

Rusiya yeni hədəfini açıqlayandan iki gün sonra həmin ölkədə partlayışlar oldu

2022-04-26 19:33:00

Rusiya yeni hədəfini açıqlayandan iki gün sonra həmin ölkədə partlayışlar oldu

Huriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov qondarma Pridnestrovye respublikasındakı vəziyyəti diqqətlə müşahidə elədiklərini və oradan gələn xəbərlərdən narahatlıq keçirdiklərini bildirib.

Moldova ərazisində özbaşına müstəqillik elən edən, Rusiya tərəfindən dəstəklənən Pridnestrovyedə bu gün səhər naməlum şəxslər Rusiya radiostansiyalarını retranslyasiya edən radio binasını partladıblar.

Baş vermiş hadisə ilə əlaqədar Moldovada Təhlükəsizlik Şurası fövqəladə iclas keçirilib.

Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko bununla bağlı açıqlamasında bu hadisənin terror, təxribat, yoxsa xuliqanlıq olduğunu aşkar eləmək üşün təhqiqatların nəticələrini gözləmək lazım olduğunu bildirib. Rudenko Moskvanın Moldovadakı Pridnestrovye bölgəsinə müdaxilə eləməsinə lazım olacaq ssenarinin olmasını istəmədiyini söyləyib.

Rusiyalı komandanın təhdidindən 2 gün keçib

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin rəhbərinin müavini Rüstəm Minnekayevin ötən günlərdə Pridnestrovye ilə bağlı açıqlaması Rusiyanın yeni işğal planları ilə bağlı dərin narahatlıq yaratmışdı: “Ukraynanın cənubuna nəzarət eləmək rusdilli əhaliyə təzyiq reallıqlarının mövcud olduğu Pridnestrovyeyə bir çıxış yolu təmin edəcək”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR