Saat:15:41
Haqqımızda

Rusiya yenə Türkiyəyə XƏBƏRDARLIQ ETDİ: "Qoşunları çıxart!"

2022-06-29 19:39:00

Rusiya yenə Türkiyəyə XƏBƏRDARLIQ ETDİ:

Rusiya Türkiyəyə Suriyanın şimalında hərbi eskalasiya ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. O, Türkiyəni Suriyada əməliyyatlardan çəkinməyə çağırıb.

“Biz Türkiyəni gərginliyin təhlükəli artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Biz belə hesab edirik ki, Suriyanın qanuni hakimiyyətinin razılığı olmadan hərbi əməliyyatlar suverenliyin, ərazi bütövlüyünün pozulması deməkdir”, – Zaxarova bildirib.

Xatırladırıq ki, Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata hazırlaşır və hər an başlamağa hazırdır. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR