Rusiya yenə bütün Ukraynanı raket atəşinə tutdu

2022-11-17 12:25:00

Rusiya yenə bütün Ukraynanı raket atəşinə tutdu

Rusiya ordusu Ukraynanın əksər iri şəhərlərini növbəti dəfə raket atəşinə tutub.

Hurriyyet.az xəbər verir ki, artıq bütün Ukrayna ərazisində həyəcan siqnalı verilib.

Məlumata görə, Kiyev, Odessa, Dnepropetrovsk, Poltava, Çerkassk, Xarkov və digər vilayətlərdə hava hücumundan müdafiə sistemləri işləyir.

Dnepr şəhərində 4 partlayış olub. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Kiyev və Odessa şəhərlərinə də raket zərbələri endirilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163145