Rusiya Yaponiyanın da diplomatlarını geri qaytarır

2022-04-27 18:28:00

Rusiya Yaponiyanın da diplomatlarını geri qaytarır

Hurriyyet.az “mk.ru” portalına istinadla xəbər verir ki, Rusiya XİN Yaponiya səfirliyinin nümayəndəsini nazirliyə çağıraraq 8 nəfər yapon diplomatının Rusiyadan çıxarılacağı barədə məlumat verib.

Həmin diplomatlar 10 may tarixinə qədər Rusiyanı tərk eləməlidirlər. Yaponiya səfirinə bildiriblər ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri Tokio aşkar antirusiya mövqeyini tutub. Bu tədbir Tokionun Rusiya diolomatlarını ölkədən qovmaq qərarına qarşı cavab addımıdır.

Yaponiya XİN həmin qərarla bağlı açıqlamasında belə addımlara ehtiyatla yanaşdığını, lakin ukraynalıların kütləvi qətlinə etiraz olaraq buna məcbur olduqlarını bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya