Saat:10:22
Haqqımızda

Rusiya XİN Xəzərdə və Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə MÜNASİBƏT BİLDİRİR

2021-09-16 19:41:00

Rusiya XİN Xəzərdə və Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə MÜNASİBƏT BİLDİRİR

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Xəzər dənizində və Laçın rayonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Rusiyanın mövqeyi rəsmi Bakının diqqətinə çatdırılıb.

“Ölkəmizin mövqeyi azərbaycanlı tərəfdaşlar tərəfindən anlayışla qarşılanıb. Düzünü desək, ictimai şərhlərdən çəkinməyi mümkün hesab edirəm. Azərbaycanlı tərəfdaşlarımızla təmasdayıq”, - deyə Rusiya XİN rəsmisi qeyd edib. \\APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR