Saat:20:34
Haqqımızda

Rusiya XİN: “Taliblərin varlığı İŞİD təhlükəsindən qoruyur”

2021-08-03 17:28:00

Rusiya XİN: “Taliblərin varlığı İŞİD təhlükəsindən qoruyur”

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Asiya Departamentinin direktoru, Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bu gün deyib: “Rusiyada qadağan edilmiş “Taliban” hərəkatının nümayəndələri Əfqanıstanın şimalında Rusiyada qadağan edilmiş digər terror təşkilatı olan İŞİD tərəfindən təhdidlərin artmasının qarşısını alırlar”.

Kabulov deyib: “Bu ərazilərdə artıq uzun müddətdir ki, çox sayda başqa beynəlxalq terror təşkilatları da yuva salıblar. Lakin hələ iyirmiyə yaxın daha kiçik, lakin elə onlar qədər zərərli terrorçu təşkilat da var ki, taktiki mülahizələrə görə bir-biri ilə əməkdaşlıq edirlər... Onlar Əfqanıstanın şimalında vəziyyətin xaotik olmasından qonşu ölkələrdə də sabitliyi pozmaq üçün istifadə etməyə  cəhd göstərə bilərlər. Taliblərin İŞİD ilə münasibətləri çox pisdir və onlar bütün bu illər ərzində bir-biri ilə fəal döyüşlər aparıblar... Qəribə də olsa, taliblərin bu ərazilərdəki varlığı İŞİD və digər terrorçu təşkilatlar tərəfindən Orta Asiya ölkələrinə qarşı təhdidlərin artımının qarşısını alacaqdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR