Saat:05:34
Haqqımızda

Rusiya XİN rəhbəri Sergey Lavrov Qərbi aclıq böhranı yaratmaqda suçladı

2022-05-20 16:31:00

Rusiya XİN rəhbəri Sergey Lavrov Qərbi aclıq böhranı yaratmaqda suçladı

Sergey Lavrov Qərb ölkələrini özünün ifadə etdiyi kimi, “yalnız onların səyləri ilə törədilən” ərzaq böhranı yaratmaqda ittiham edib. Lavrov bunu Malinin XİN naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Qərb ölkələri bir daha hər şeyi xəstə başdan sağlam başın üzərinə yıxmağa çalışdılar və bütövlükdə yalnız onların səyləri ilə yaranan böhranın köklərinin yalnız hazırda Ukraynada müşahidə olunan böhranda olduğunu iddia etməyə çalışdılar” deyə Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin Avropadakı ərzaq böhranı ilə bağlı sözlərinə cavab olaraq bildirib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR