Saat:12:36
Haqqımızda

“Rusiya XİN indi də şərəfsizcəsinə "ağ yalan" deməklə məşğuldur” — Polkovnik

2022-01-20 21:05:00

“Rusiya XİN indi də şərəfsizcəsinə

“Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfirini Azərbaycan Xarici İşlər Nazirliyinə çağırmalıdır və ona xəbərdarlıq etməlidir ki, Rusiya sülhməramlıları, ümumiyyətlə, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşsınlar”.

Hurriyyet.az bildirir ki, bu sözləri “Demokrat.az”a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Rusiya XİN-in İlham Əliyevin Laçın dəhlizi ilə bağlı bəyanatı ilə bağlı reaksiyasına münasibət bildirərkən deyib. Ekspert diqqətə çatdırıb ki, Azərbaycan prezidenti çıxışında 91 faiz Qarabağa gələn avtomobillərin yoxlanılmadığını vurğuladı:

“Hətta, mən mətbuatda dedim ki, buranı karvansaraya döndəriblər. Kimin keyfi necə istəyir, gəlir-girir. Amma gedəndə isə imkan vermirlər. Çünki bunlara sərf eləmir. Əgər insanların oradan köçü davam eləsə, bir həsir qalacaq, bir də "İvan" adlı Məmmədnəsir. Ona görə də, cəmi 46 faiz avtomobilləri yoxlayırlar. Azərbaycan prezidenti deyir ki, bu bizim ərazimizdir, hər şeyə nəzarət edirik. Bunlar isə bizə həyasızcasına deyir ki, sözügedən bəyanatın 6-cı bəndinə əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir. Azərbaycan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin dəhlizin hər iki istiqamətində hərəkətinin təhlükəsizliyinə təminat verir. Yəni, dəhşət bürüyür, öz ərazimdə bu mənə təminat verir. Rusiya sülhməramlıları bəlkə bir qadağa da qoyardı? Rusiya sülhməramlıları öz vəzifə borclarını vicdanla yanaşsaydılar, bizə 6-cı bəndi yox, 4-cü bəndi əsas gətirərdilər. Onların bölgəyə daxil olmağı ilə paralel, Ermənistanın o tör-töküntüləri var ey, hansı ki, bizim ərazilərimizdə qalıb, silahlılar, onlar oradan rədd olub getməli idilər. Bu günə qədər də o məsələdə bir addım irəli atılmayıb. Gündə bir təlim keçirirlər, ermənilərlə hansısa mədəni və yaxud siyasi tədbirlər təşkil edirlər. Bunların nəzarəti altında olan Azərbaycan ərazisində Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Arutyunyan, özlərinin qondarma generalları ilə, ordusuyla hansısa tədbirlər keçirir və bunlara ümidverici bəyanat verirlər. Deməli, Rusiya Xarici İşlər Nazirliyi elə əvvəldən də, vəzifə borclarına vicdansızcasına yanaşır, indi də elə şərəfsizcəsinə "ağ yalan" deməklə məşğuldur”.

Ü.Cəfərov əlavə edib ki, Azərbaycan və Fransa münasibətlərinin gərginləşməsində rus sülhməramlılarının günahı böyükdür: “Madam Mariya Zaxarova hər həftə brifinqlər keçirir və o brifinqlərə baxanda adamın ürəyi bulanır. Yəni, bu, özündən nə qədər şovinist, nə qədər özündən razı bir məmurdur. Elə Lavrovu da o gündədir. Azərbaycan deyir ki, mənim icazəm olmadan səfərlər barədə heç kimi ora buraxmayın, onlar isə deyir ki, o məsələni sülhməramlıların komandanlığı müəyyən edir. İstəyirik ki, İvanı buraxarıq, istəyərik Petrosu buraxarıq. Bu, nə deməkdir? Başa düşmürəm. Səni Azərbaycan ərazisinə Azərbaycan dəvət edib? Sənin adında hələlik pis, ya yaxşı sülhməramlı missiyası var. Necə sən müəyyən edirsən? Belə çıxır ki, sən istənilən adamı buraxa bilərsən. Necə ki, bu, böyük bir beynəlxalq skandala səbəb olub. Fransa prezidentinə namizəd Valeri Pekres başlayıb ki, guya Azərbaycan prezidenti bunlardan üzr istəməlidir. Bunu kim yaratdı? Bunu Rusiya sülhməramlıları yaratdı. Həmin Valeri Pekresin gəldiyi yerdə ona bir geriyə “Pekres komandası” verilsəydi, onda ağılları başlarına gələrdi. Problemi yaratdılar, indi Fransa ilə Azərbaycan arasında gərginlik yaşanır. Fransa prezidentinə namizəd də senatda məsələ qaldırır ki, Azərbaycan prezidenti Fransadan üzr istəməlidir. Görün bunlar nə qədər ağıllarını itiriblər. Azərbaycan ərazisinə gəlib və soxulublar, bunlara cinayət işi qaldırılmalıdır, buna qanunla cavab verməlidirlər. Belə bir missal var: “Oğru elə qışdırdı ki, doğrunun bağrı yarıldı”. Rus sülhməramlıları noyabrda Azərbaycan ərazisində olan terrorist Norayr Mirzoyanı Ermənistana qaytardı, elə həmin gündən onların Azərbaycan ərazisində bir saatda qalmağa nə mənəvi, nə də hüquqi haqları yox idi. Amma təəssüflər olsun ki, bir az siyasət başqa bir qəliz mövzu olduğuna görə, hələlik gördüyümüz mənzərə davam edir”.

Aynurə Pənahqızı

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR