Rusiya XİN-dən Xovayevin Bakıya səfəri barədə açıqlama

2022-11-24 16:57:00

Rusiya XİN-dən Xovayevin Bakıya səfəri barədə açıqlama

“Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır”.

Hurriyyet.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova Xovayevin Azərbaycana səfərini şərh edərkən deyib.

“O, Azərbaycan tərəfi ilə görüş üçün hazırda Bakıdadır. Sözügedən təmaslar zamanı sülh sazişi məsələsi də müzakirə olunur”, - deyə Zaxarova qeyd edib. 

O, həmçinin xatırladıb ki, Xovayev noyabrın 14-ü İrəvanda səfərdə olub və Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün İqor Xovayevi qəbul edib.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.176864