Saat:13:24
Haqqımızda

Rusiya XİN: “Arktika beşliyi”nin görüşlərinin bərpası müzakirə olunmur

2025-01-24 11:40:47

Rusiya XİN: “Arktika beşliyi”nin görüşlərinin bərpası müzakirə olunmur

“Arktika beşliyi”nin (Rusiya, Danimarka, Kanada, Norveç və ABŞ) görüşlərinin bərpası müzakirə olunmur. Bu barədə Rusiya XİN sözçüsü Zaxarova RİA Novosti-yə bildirib.

“Belə etimadlı dialoq o zaman mümkün olacaq ki, Qərb ölkələri anti-Rusiya hərəkətlərindən əl çəksinlər, bizim maraqlarımızı nəzərə almağa və Arktika problemlərinin birgə həlli yollarını axtarmağa hazır olduqlarını təsdiq etsinlər”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Ülviyyə, Hurriyyet.az