Rusiya Xerson bazarını vurdu - ölənlər və yaralananlar var
2024-10-01 12:21:47
Hurriyyet.az xəbər verir ki, Rusiya hərbçiləri Ukraynanın Xerson vilayət mərkəzinin mərkəzindəki bazara hücum ediblər. Hücum nəticəsində həlak olanlar və yaralananlar var. Bu barədə Xersonun icra hakimi Aleksandr Prokudin məlumat verib.
Xerson Vilayət Prokurorluğunun məlumatına görə, artilleriya hücumu oktyabrın 1-də saat 9:00 radələrində baş verib. Atəş bazar ilə avtobus dayanacağı ərazilərinə açılıb. Açıqlamada deyilir: "Hazırda əldə olan məlumata görə, hücum nəticəsində dörd mülki vətəndaş - üç qadın və dörd kişi həlak olublar. 3 nəfər şəhər sakini yaralanıb. Yaralılara tibbi yardım göstərilir".
Hürr Tərcüman