Rusiya Xarkovun kəndlərini bir-bir ələ keçirir
2024-05-13 12:22:59
Hurriyyet.az xəbər verir ki, Ukraynanın "Deep State" hərbi məlumat portalının verdiyi informasiyaya görə, Rusiya ordusu Xarkov vilayətinin daha 3 sərhəd kəndini - Moroxoveç, Oleynikovo və Zelyonoe kəndlərini ələ keçirib. Onlar Liptsa kəndinə doğru irəliləyirlər.
Məlumatda deyilir: "Həmin bölgədə demək olar ki, ələ keçirilməkdə olan Lukyantsı uğrunda döyüşlər gedir. Rusiyalılar Qlubokoye kəndində də mövqelərini möhkəmləndirməyə çalışırlar - burada Ukrayna Silahlı Qüvvələrinin dronları onlara çətinliklər törədirlər.
Rusiya hərbçiləri hücumun ikinci istiqamətində - Volçansk yaxınlığında - sonradan şəhərə daxil olmaq üçün mövqelərini möhkəmləndirməyə davam edirlər".
Hürr Tərcüman