Saat:03:43
Haqqımızda

Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi – Kiyev İL-76-da ölənlərin nəşini qəbul etməyə hazırdır

2024-04-12 17:03:25

Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi – Kiyev İL-76-da ölənlərin nəşini qəbul etməyə hazırdır

Ukrayna Rusiya ilə mübadilə nəticəsində ölən 99 hərbçisinin cəsədini geri qaytarıb. Qərargahın məlumatına görə, onların 77 nəfəri Donetsk, 20 nəfəri Zaporojye, 2 nəfəri isə Xarkov istiqamətində həlak olub.

Dövlət Dumasının deputatı Şəmsail Saraliyev bildirib ki, mübadilə nəticəsində Rusiyaya da 23 ölən əsgərin cəsədi qaytarılıb. Sonuncu cəsəd mübadiləsi martın 29-da baş tutub. Bu zaman isə Rusiya tərəfi 29, Ukrayna 121 cəsədi qaytarıb.

Mart ayında Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova yanvarın sonunda Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində ölən ukraynalı hərbi əsirlərin cəsədləri üzərində ekspertizaların başa çatdığını elan edib. Moskalkova bildirib ki, Ukrayna cəsədləri qəbul etməyə hazırdır, lakin onların təhvil verilib-verilməməsi ilə bağlı rəsmi məlumat yoxdur.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.227462