Rusiya və Şimali Koreyanın gizli silah ittifaqı
Pxenyanın Rusiyaya doğru atdığı addımlar sürətlə dərinləşir və bu proses Şimali Koreya üçün nadir bir siyasi fürsətə çevrilib. İlk dəfədir ki, Rusiya kimi böyük bir dövlət açıq şəkildə Şimali Koreyaya müəyyən mənada borclu görünür.
Putin, Kim Çen Ina göndərdiyi bahalı və qeyri-adi hədiyyələrlə — ekzotik atlar, şirlər və digər nadir heyvanlarla diqqət çəksə də, əsl “vacib işlər” pərdəarxasında baş verir. Enerji dəstəyi, hərbi texnika, raket və müdafiə proqramları. Pxenyan isə bu dəfə Moskvaya birbaşa əsgər göndərməklə iki ölkə arasında hərbi əməkdaşlığın nə qədər irəli getdiyini nümayiş etdirir.
“Qaz donuz ferması” adı altında gizlədilən silah və mərmi istehsalı isə prosesin ən dramatik tərəflərindən biridir. Bu müəssisələrin Rusiya üçün işlədiyi iddia olunur və Kiyevə atılan bəzi ballistik raketlərin qalıqları da Pxenyanın bu dəstəyini göstərən nümunələr kimi təqdim edilir. Eyni zamanda, Şimali Koreyanın nüvə proqramında Çinin təmin etmədiyi bəzi texniki və elmi komponentlərin Rusiyanın üzərinə keçdiyi bildirilir, beləliklə Moskva Pxenyanın texnologiya dəstəyi ilə qlobal nüvə balansında öz mövqeyini gücləndirə bilir.
Çin hələlik bu yaxınlaşmaya birbaşa müdaxilə etmir və ümumi mənzərədən narahat görünmür, lakin prosesi diqqətlə izlədiyi də aydındır. Pxenyan-Moskva xəttində sürətli hərbi və texnoloji yaxınlaşma, yaxın gələcəkdə Pekin üçün yeni strateji çağırışlar yarada bilər. Beləliklə, Moskva, Pxenyan, Pekin üçtərəfli münasibətində Şimali Koreya öz rolunu nəzərəçarpacaq dərəcədə gücləndirir, Rusiyanı müəyyən asılı vəziyyətə salır və Çinin təsirini balanslaşdırmağa çalışır.
Kamran NƏSİRLİ
