"Rusiya və onun hərbi cinayətkar elitası ilə münasibətlər təhlükəlidir" - XAQANİ CƏFƏRLİ

2022-04-21 15:10:00

"Müharibədən sonra hər kəs beynəlxalq ictimaiyyət qarşısında tutduğu mövqeyə və törətdiyi əmələ görə cavab verəcək"

"Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Rusiya ilə Ukrayna arasında istənilən sülh danışıqları Putinin mövqeyinə görə uğursuzluğa məhkumdur. "Çünki Putinlə danışıqlar aparmaq timsah ayağını dişlərinə keçirəndə onunla danışıq aparmaq kimidir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

ABŞ prezidenti Co Baydenin isə Putini "insan qəssabı" adlandırdığını qeyd edən politoloqun sözlərinə görə, Almaniyada hətta çöl donuzunun da Putinin adını daşımasına razı deyillər: "Bütün bunlar Putinə münasibətin hansı səviyyədə olduğunu çox aydın göstərir".

Xaqani Cəfərli hesab edir ki, Rusiya və onun hərbi cinayətkar elitası ilə münasibətlər təhlükəlidir: "Müharibədən sonra hər kəs beynəlxalq ictimaiyyət qarşısında tutduğu mövqeyə və törətdiyi əmələ görə cavab verəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya