Rusiya və onun “5-ci kolon”u haqda daha bir xəbərdarlıq - nə baş verir?

2022-07-27 09:31:00

Rusiya və onun “5-ci kolon”u haqda daha bir xəbərdarlıq - nə baş verir?

Milli Məclisin vitse-spikeri Adil Əliyevdən sonra Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov da bu təhlükədən danışdı

“Rusiya Ukraynada qələbə çalsa, yəni onu parçalamağa nail olsa, bu zaman digər keçmiş SSRİ ölkələrinə qarşı da iddialarla çıxış edəcək, o cümlədən Azərbaycana qarşı. Hesab edirəm ki, Azərbaycan buna hazır olmalıdır. Yəni Rusiya imperiya eşqi ilə yaşayır və sıravi vətəndaşından tutmuş dövlət rəhbərliyinə qədər hamının beynində imperiya təfəkkürü var. İmkan düşdükcə də buna çalışırlar və çalışacaqlar da. Odur ki, biz buna hazır olmalıyıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Azpolitika.info-ya açıqlamasında belə deyib. AMİP lideri ölkədə Rusiyanın “5-ci kolon”unun mövcudluğu haqda da danışıb: “Azərbaycanda ”rusbaşlar"ın mövcudluğu gizlədiləcək bir fakt deyil. Onlar var, sayları çoxdur, mövqeləri güclüdür və rənglərini də dəyişə bilirlər. Onlar satılıblar və satmağa da hazırdırlar. Azərbaycan hakimiyyətində təmsil olunanların milliləşməsinə ehtiyac var. Yəni hakimiyyətdəki bütün strukturlar milli qüvvələrin əlinə keçməlidir ki, “beşinci kolon” adlandırılan qüvvənin arxadan zərbə vurmaq imkanı olmasın. Əslində onlar an gözləyirlər ki, arxadan zərbə vuraraq Azərbaycan dövlətini zəiflətsinlər və yenidən Rusiyanın tərkibinə qatsınlar".

Bakupost.az - Etibar Məmmədov oğluna dəbdəbəli toy edir

Etibar Məmmədov 

Qeyd edək ki, son günlər Rusiyanın “5-ci kolon”u haqda müzakirələr yenidən aktuallaşıb.  Belə ki, Milli Məclisin vitse-spikeri Adil Əliyev  hakimiyyətdəki bəzi qüvvələrin  fəallaşdığına diqqət çəkmişdi. “Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsini işləyərkən əlində olan səlahiyyətlərindən istifadə edərək, əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlətlə xalq arasında uçurumlar yaradır”.

Beləliklə, son bir həftədə həm iqtidar təmsilçisi, həm müxalifət partiyasının liderindən biri iqtidardakı “5-ci kolon” təhlükəsi və onların fəallaşması haqda həyəcan təbili çalıblar.

Etibar Məmmədovun “Rusiya Ukraynada qalib gələrsə, Azərbaycana qarşı da iddialara hazır olmalıyıq” xəbərdarlığı nə qədər ciddidir? “5-ci kolon”un mövcudluğu iqtidarı narahat etmir, yoxsa onlar ciddi nəzarətdə saxlanılırlar? Mümkündürmü ki, onlara “Rusiyanın adamları” kimi qalmaları hansısa razılaşmalar əsasındadır?

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET

 Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də dedi ki,  Azərbaycanın bütün səylərinə baxmayaraq, Rusiya hələ də ölkəmiz üçün təhlükə olaraq qalır: “Biz bunu Rusiyanın Qarabağda yerləşən sülhməramlılarının fəaliyyətindən də görə bilirik. Bu məsələ o qədər ciddidir ki, cənab Prezident belə bu məsələ ilə bağlı artıq bir neçə dəfə publik olaraq fikirlərini bildirib. Amma hələ ki ortada konkret nəticələr yoxdur. Ukraynada Rusiyanın qalib gəlməsi nəinki Azərbaycan, bütün postsovet məkanı üçün təhlükədir. Hətta deyərdim ki, postsovet məkanında ən az təhlükədə Azərbaycandır. Çünki Azərbaycanın Türkiyə ilə qardaşlıq müqaviləsi var, Şuşa Bəyannaməsi mövcuddur. Türkiyə bütün istiqamətlərdə ölkəmizin yanında olduğu üçün Rusiya Azərbaycana hücum etmək fikrinə belə düşməz. Amma Rusiyanın bütün postsovet məkanında olduğu kimi, ölkəmizdə də ”beşinci kolon"unun olduğunu unutmaq olmaz. Son zamanlar onlar baş qaldırmağa başlayıblar. Bu da çox təhlükəli bir məsələdir. Hətta bu yaxınlarda Qurban bayramı günü bütün Rusiyanın müftisi gün ərzində rus telekanallarında tirajlanan fikirlərində qeyd etdi ki, postsovet məkanı-orada Azərbaycanın da adını çəkdi-gəlib rus pasportları alsınlar, SSSİ dövründə olduğu kimi xoşbəxt yaşayaq. Təbii ki, bu da Kreml tərəfindən verilmiş bir mesaj idi. Onun üçün də geniş şəkildə tirajlandı. Ehtiyatlı olmalıyıq. İlk növbədə onların bu cür təhlükə törədə bilən cücərtilərinin elə cücərti ikən kökünü qazmalı, onları susuz qoymalıyıq ki, qurusunlar, yanıb kül olsunlar. Çünki onlar qol-budaq atdıqca suverenliyimizə, müstəqilliyimizə, bütövlükdə gələcəyimizə təhdid olaraq qalırlar. Xalq da bu məsələdə ciddi dəstək göstərməli, mövqeyini ortaya qoymalıdır. Biz Azərbaycan olaraq Türkiyə, Pakistan və digər qardaş ölkələrlə hərbi-siyasi müttəfiqliyimizi daha da gücləndirmə yolunda addımlamalıyıq". 

Asim Mollazadə: “Diplomatik turizmlə məşğul olan Minsk Qrupu Ermənistanı  ruhlandırır”

 Asim Mollazadə 

Demokratik İslahatlar Partiyasının rəhbəri, deputat Asim Mollazadə bu məsələdə rahatdır: “O qüvvələr ki, düşünürlər silah gücü ilə Sovet İttifaqını bərpa edə biləcəklər, buna qadirdirlər, onlar çox ciddi yanlış düşüncəyə malikdirlər. Bu, heç zaman mümkün olmayacaq. Bir məsələni xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Ukraynada xalq öz müstəqilliyi, azadlığı uğrunda mübarizə aparır. İmperiyalar dövrü artıq bitib. Heç bir imperiya yenidən peyda olub, heç bir ərazini işğal edə bilməyəcək. Bu baxımdan Azərbaycana heç bir təhlükə görmürəm. Ölkəmizə qarşı müxtəlif iddialarla hansısa qüvvələr hərəkətə keçəcəksə, onlar məhv ediləcək. Azərbaycan kifayət qədər güclü dövlətdir, güclü dostları, müttəfiqləri var. Buna görə də heç bir imperiya ölkəmizi yenidən zəbt edə bilməyəcək. ”Beşinci kolon" haqqında deyilənlərə gəlincə, deyə bilərəm ki, Azərbaycan güclü dövlət olduğu üçün istənilən “kolon”la bacara bilər".

Araz Əlizadə: Şuşa Bəyannaməsi qardaş ölkələrimiz arasında müttəfiqlik  münasibətlərini daha da möhkəmləndirəcək - AZƏRTAC

Araz Əlizadə

ASDP sədri Araz Əlizadə şifrəli danışdı: “Rusiya Azərbaycana qarşı bu cür addım atmaz. Bunun üçün də əminliklə deyirəm ki, ölkəmizə heç bir təhlükə yoxdur. Rusiya-Ukrayna savaşı başlayandan iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev şimal qonşumuzla müttəfiqlik haqqında saziş imzaladı. Bizdə belədir ki, vaxtaşırı ”beşinci kolon" axtarırlar. Əslində “beşinci kolon” axtaranın özü “beşinci kolon”dur. Azərbaycan iqtidarı heç nədən narahat olmamalıdır".

Azad MƏSİYEV

Azad Məsiyev

Politoloq Azad Məsiyevin də fikirləri o qədər fərqli deyil: “Qonşuluq siyasətində elə bir siyasət yeridilməlidir ki, düşmənçilik yaranmasın. Ukrayna xarici siyasətində Rusiyaya qarşı düşmənçilik siyasəti yeritmişdi. Ukraynanın fəaliyyəti birbaşa şimal qonşumuzun milli təhlükəsizliyinə xələl gətirirdi. Dəfələrlə Vladimir Putin bu barədə Amerikaya, NATO rəhbərliyinə müraciətlər etmişdi. Təhlükəsizliklə bağlı konsepsiya da təklif etmişdi. Təəssüflər olsun ki, Rusiya rəhbərliyinin fikirlərinə dırnaqarası baxıldı. Nəticədə Kreml seçim qarşısında qaldı. Sonda özünü müdafiə etmək üçün Ukraynaya qarşı hərbi əməliyyatlara başladı. Ən gözəl müdafiə hücumdur prinsipini həyata keçirməyə Rusiya məcbur qaldı. Azərbaycan xarici siyasətində balanslı siyasətə üstünlük verir. Fevralın 22-də Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlıq barədə bir sənəd imzalandı. 43 maddədən ibarət olan bu sənəd bütün sahələrdə özünü əks etdirir. Azərbaycan xarici siyasətində qonşularla, xüsusilə Rusiya ilə dostluq münasibətindədir. Hesab edirəm ki, Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycan üçün heç bir təhlükəyə yol açmayacaq. Ölkəmiz istər indi, istərsə də gələcəkdə Rusiya ilə dostluq siyasətini gücləndirəcək. Kremllə Azərbaycanın münasibətlərinin yaxşı olması bir çox sahələrdə bizim mənafeyimizə xeyirdir. Bilirsiniz ki, Rusiya ilə Türkiyə arasında böyük bir siyasi və iqtisadi əməkdaşlıq münasibətləri var. Bu bizə də çox xeyirdir. Azərbaycanın da bu məsələdə böyük xidmətləri var. Hesab edirəm ki, Ukraynada hərbi əməliyyatların başa çatmasından asılı olmayaraq, Azərbaycanla Rusiya arasındakı münasibətlər müsbətə doğru inkişaf edəcək”.

Politoloq son günlərdə “beşinci kolon” ifadələrinin daha çox işlənilməsinə də toxundu: “Hesab edirəm ki, ”beşinci kolon" ittihamları çox ciddidir. Xüsusi xidmət orqanının işlərinə aid olan bir məsələdir. Azərbaycan parlamentinin vitse-spikeri bu cür ittihamlar səsləndirir, fikirlər ortaya atırsa, öncəliklə fikirlərini əsaslandırmalı və bununla bağlı rəsmi şəkildə xüsusi xidmət orqanına müraciət etməlidir. Bu istiqamətdə vaxt itirməyin özü Azərbaycanın milli təhlükəsizliyinə zərbə gətirə bilər. Bir məsələni də deyim. Xarici kəşfiyyat orqanlarına xidmət edən fondlar var. Həmin fondlar vasitəsilə respublika daxilində bu və ya digər formada insanlarla əməkdaşlıq edirlər. Bunun bariz sübutlarını Gürcüstan, Ukrayna, Ermənistanda gördük. Həmin fondların təsirində olan insanların əli ilə dövlət çevrilişləri baş verir. Bunu da “inqilab” kimi qələmə verirlər".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055565