Saat:04:51
Haqqımızda

Rusiya və Misir prezidentləri razılığa gəldi - "Qəzzada atəşkəs üçün çalışacaqlar"

2023-12-09 17:03:57

Rusiya və Misir prezidentləri razılığa gəldi -

Misir prezidentl Əbdülfəttah əs-Sisi və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Qəzzadakı vəziyyəti, anklava humanitar yardımın çatdırılmasını müzakirə edib və İsraillə Fələstin arasında atəşkəs əldə etməyə çalışmaq barədə razılığa gəliblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi məlumat verib.

"Söhbət zamanı bölgədəki, xüsusən də Qəzza zolağındakı vəziyyət gərgin siyasi və humanitar vəziyyət fonunda müzakirə edildi" -  deyə, Fəhmi «Facebook-»da bildirib. 

O, əlavə edib ki, tərəflər Misirin Qəzza xalqına dəstək üçün lazım olan ən böyük humanitar yardımı zolağa çatdırmaq səylərini müzakirə ediblər.

Misir prezidentinin sözçüsü bildirib ki, Əl-Sisi və Putin atəşkəsi əldə olunması üçün ciddi şəkildə şalışmağa razılaşıblar.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214200