"Rusiya və İran çöküş ərəfəsindədir" - XAQANİ CƏFƏRLİ

2022-11-18 15:02:00

"Bu iki ölkənin çöküşü 60 milyonluq Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının təminatının əsas şərtidir"

"Avropa Parlamentindəki siyasi qruplar Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnamənin mətni üzərində razılığa gəliblər. Qətnamə ilə bağlı səsvermə gələn həftə keçiriləcək. Avropa Şurası Parlament Assambleyası bir müddət öncə Rusiya hakimiyyətini terrorçu rejim kimi tanımış, üzv dövlətləri də müvafiq qərarlar qəbul etməyə çağırmışdı. Bu çağrışdan sonra bir sıra Avropa ölkələrinin parlamentləri, o cümlədən Polşa Senatı və Çexiyanın Deputatlar Palatası Rusiyanın hakimiyyət orqanlarını terrorçu rejim kimi tanınması haqqında qərar qəbul edib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib. 

Politoloq hesab edir ki, Rusiya və İranın çöküşü 60 milyonluq Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının təminatının əsas şərtidir: "Ona görə də Rusiya və İran əleyhinə bütün qərarlar Azərbaycan xalqının maraqlarına uyğundur və xalqımız tərəfindən dəstəklənməlidir. Rusiya və İran çöküşün ərəfəsindədir. Ancaq bəzi dövlətlərin iqtidarları Rusiya və İranı xilas etməyə, onların çöküşünün qarşısını almağa çalışır. Rusiya və İranı xilas etməyə çalışanlar Azərbaycan xalqının dostu və ya müttəfiqi ola bilməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162219