Saat:21:21
Haqqımızda

Rusiya və ABŞ arasında Cenevrə görüşü bitdi

2022-01-21 16:28:00

Rusiya və ABŞ arasında Cenevrə görüşü bitdi

Cenevrədə Rusiyanın XİN naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb. Bu barədə TASS məlumat yayıb.
Danışıqlar bir saat yarım davam edib. Ehtimallara görə, tərəflərin təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər. Rusiya XİN rəhbərinin mətbuat konfransı artıq keçirilib.
"Cenevrədə keçirilən görüşdə Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ilkin şifahi reaksiyanı eşitdi”, deyə Lavrov bildirib. O həmçinin deyib ki, ABŞ gələn həftə Rusiyanın strateji sabitliyə dair təkliflərinə yazılı cavab verəcək və eləcə də bəyan edib ki, “Dövlət Departamentinin bugünkü görüş üçün hazırladığı sənədlərin oxunması mümkün olmadı".
Rusiya XİN rəhbəri eləcə də bildirib ki, dövlətlər əvvəllər səsləndirilən arqumentləri təkrarlayıblar. Bundan başqa, onun sözlərinə görə, amerikalılar Ukraynaya “işğal” mövzusunu qaldırıblar. Lakin Lavrovun sözlərinə görə, Rusiya Ukraynaya hücum etmək fikrində deyil və Moskvanın belə planları yox idi.
Lavrovun fikrincə, Qərb mediasında “Rusiya işğalı” mövzusunu şişirtməklə, “Kiyevin Minsk razılaşmalarını sabotaj etməsini” ört-basdır etməyə çalışırlar.

Ülviyyə, Hurriyyet.az
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR