Rusiya Vardanyanla keçmiş, indiki və gələcək əlaqələrini inkar eləyir
2022-12-23 19:47:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşü zamanı Moskvanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla əlaqəsini inkar edib, onun fəaliyyətinin Rusiyaya, RF hökumətinə heç bir aiddiyatı olmadığını iddia edib.
Sergey Lavrov deyib: “Vardanyanın xahişi ilə bu günlərdə Rusiya Prezidenti fərman imzalayıb və o, daha Rusiya vətəndaşı deyil. Onun Qarabağa getmək və orada hansısa siyasi həyatda iştiraka başlamaq qərarı ilə bizim heç bir əlaqəmiz olmayıb, yoxdur və olmayacaq”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya