Saat:10:38
Haqqımızda

Rusiya universitetində terror – tələbələr pəncərələrdən atılıblar

2021-09-20 15:23:00

Rusiya universitetində terror – tələbələr pəncərələrdən atılıblar

Hurriyyet.az xəbər verir ki, bu gün Rusiyanın Perm Universitetində baş vermiş terror nəticəsində 8 nəfər həlak olub, 19 nəfər yaralanıb. Universitetin 18 yaşlı tələbəsi əynində hərbi geyim, əlində avtomat gələrək təhsil ocağına hücum edib. Cani həbs edilib.

İlkin məlumatlara görə, yerli vaxtla saat 11 radələrində hərbi formalı, avtomatlı adam universitetə daxil olaraq atəş açıb, sonra isə 8-ci korpusa doğru yollanıb.  Sosial şəbəkələrdə tələbələrin güllələnməkdən xilas olmaq üçün pəncərələrdən atıldıqlarını göstərən videolar yaylıb. Tələbələrin “Teleqram” kanalında təhlükədən qaçmaq üçün auditoriyalarda gizlənmək və universiteti tərk eləmək çağırışları edilib.

Terrorçu müqavimət göstərib və yaxalandığı zaman yaralanıb. Hazırda reanimasiyadadır.

Perm vilayətində 21 sentyabr matəm günü elan olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR