Rusiya Ukraynaya S-300 raketi ilə hücum edib - Ölən və yaralananlar var
2024-02-06 12:33:26
Rusiya Silahlı Qüvvələri bu gün səhər Ukraynanın Lvov vilayətinin Zoloçiv şəhərinə S-300 raketləri ilə hücum edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində iki aylıq körpə ölüb. Üç qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həmçinin, yeddi fərdi yaşayış evi, 19 mülki infrastruktur obyekti, iki inzibati bina və azı 5 mülki avtomobilə ziyan dəyib. (report)