Saat:20:01
Haqqımızda

Rusiya Ukraynaya nüvə başlıqlı raket ATDI

2022-11-18 16:57:00

Rusiya Ukraynaya nüvə başlıqlı raket ATDI

Noyabrın 17-də Ukrayna hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında nüvə başlığı çıxarılmış raketi vurub.

Hurriyyet.az xəbər verir ki, bu haqda “Defense Express” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, vurulan X-55 tipli qanadlı raket olub.

Xəbərdə qeyd olunur ki, vurulan raketdə döyüş başlığının əvəzinə nüvə başlığının simulyatoru funksiyasını yerinə yetirən blok yerləşdirilib.

Qərb ölkələrinin ekspertləri hesab edir ki, bu raket məhz nüvə başlığının atılması üçün istehsal edilib və o, “nüvə arsenalına” daxil olub. Amma Rusiyada qanadlı raketlərin ehtiyatı xeyli azaldığından "nüvə arsenalı”ndakı X-55 raketindən istifadə edilib.

Mütəxəssislər nüvə başlıqlı X-55 raketindən istifadə olunmasında ikinci versiyanı da istisna etmir. Onların qənaətincə, Rusiya bununla Ukraynanın hava hücumundan müdafiəsini həddən artıq yükləməklə onun müdafiə qabiliyyətini yoxlamaq istəyiblər.

sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR