Rusiya Ukraynaya məğlub olandan sonra gürcü torpaqlarından da çıxmalıdır

2023-02-01 23:47:00

Rusiya Ukraynaya məğlub olandan sonra gürcü torpaqlarından da çıxmalıdır

Hurriyyet.az xəbər verir ki, Gürcütan Prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatmasından sonra əldə ediləcək sülh razılaşmasında Rusiyanın Krımdan və Gürcüstan ərazilərindən imtina edəcəyi barəsində bənd olmalıdır.

“Blumberq” (“Bloomberg”) nəşrinin yazdığına görə, Zurabişvili deyib: “Rusiya öz sərhədlərinin harada olduğunu başa düşməlidir. Gürcü məsələləri danışıqlar masasında olmalıdır. Çünki heç kəs hesab eləməlidir ki, Rusiya regionda işğal elədiyi bütün əraziləri tərk eləmədən, bu müharibə həll edilmiş ola bilər”.

Gürcüstan Prezidenti qeyd edib ki, Rusiyanın gürcü torpaqlarını tərk eləməsi RF-in Ukraynadakı məğlubiyyətindən asılıdır və bu məqam sürətlə yaxınlaşır.

“Rusiya artıq tamamilə müharibədə olmasa da, praktiki olaraq, döyüşdə məğlub olub”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.323204