Saat:11:02
Haqqımızda

Rusiya Ukraynanın işğal edilmiş Donetsk ilə Luqansk bölgələrini referenduma hazırlayır

2022-07-01 16:34:00

Rusiya Ukraynanın işğal edilmiş Donetsk ilə Luqansk bölgələrini referenduma hazırlayır

"LXR" ilə "DXR" tədricən Rusiya Federasiyasına qoşulmaq üçün "referendum"a hazırlaşmağa başlayır. Bu barədə "RBK" mənbələrinə istinadən yazır.
Bildirilir ki, Kreml qarşısında Ukraynanın bütün işğal olunmuş ərazilərində eyni vaxtda “referendum” keçirmək vəzifəsi qoymur. Nəşr yazır ki, bu gün nəzərdən keçirilən əsas variant onları ilk olaraq “LXR” ilə "DXR"də təşkil etməkdir, lakin sonra konsepsiya dəyişə bilər.
RBK yazır ki, Kreml “referendumun” yekun tarixini hələ müəyyənləşdirməsə də, artıq qondarma respublikalarda lkin hazırlıqlar gedir.
“Respublikalar”ın ərazisində rusiyalı siyasi texnoloqlar işləyir, seçici siyahıları və normativ-hüquqi baza hazırlanır, “seçki komissiyaları”na adamlar seçilir.
Nəşrin fikrincə, “referendumun tarixi” Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxarılmasından asılı olacaq.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR