“Rusiya Ukraynanın bir dövlət kimi məhv olmasını həyata keçirməyə başlayacaq”

2022-10-01 22:56:00

“Rusiya Ukraynanın bir dövlət kimi məhv olmasını həyata keçirməyə başlayacaq”

“Rusiya Avropanın təhlükəsizlik arxitekturasını dağıdaraq, dövlətlərin beynəlxalq səviyyədə qəbul edilən sərhədlərin zorla dəyişidirərək anneksiya siyasəti ortaya qoydu”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Ukraynanın əks-hücumları yeni mərhələ keçir:
“Rusiya da səfərbərlik nəticəsində yeni birliklər yaradır. Noyabrdan Rusiyanın hücumları gözlənilir. Kreml yeni ərazilər işğal etməklə Rusiyaya birləşdirib, sonda Ukraynanın bir dövlət kimi məhv olmasını həyata keçirməyə başlayacaq. Gələn aydan Rusiyanın intensiv hücumları gözlənilir. Bir ay ərzində Ukraynaya yeni hücum və uzaq vuran artilleriya sistemləri verilərsə, Rusiyanın planı baş tutmayacaq”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133124