Saat:09:20
Haqqımızda

Rusiya Ukraynanı işğal etmək ərəfəsində - ABŞ-dan daha bir xəbərdarlıq

2021-12-04 12:13:00

Rusiya Ukraynanı işğal etmək ərəfəsində - ABŞ-dan daha bir xəbərdarlıq

Putinin sözçüsü Peskov Ukraynada hərbi əməliyyatların başlanması ehtimalını yüksək qiymətləndirir, ekspert isə tezliklə müharibənin olmasını istisna edir...

Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdiyi qoşunlardan sonra vəziyyət ən pik həddə çatıb. “Yeni Müsavat” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada hərbi əməliyyatların başlanması ehtimalını yüksək qiymətləndirir.

Lakin ABŞ dövlət katibi Antoni Blinken rusiyalı həmkarına Rusiyanın qonşu Ukraynaya müdaxiləsinin ciddi fəsadlara gətirib çıxaracağına dair xəbərdarlıq edib və onu Şərqi Avropa ölkələri arasında münaqişənin diplomatik yolla həllini axtarmağa çağırıb. “Böhrandan qaçmağın ən yaxşı yolu diplomatiyadır və mən Sergeylə bunu müzakirə etməyi səbirsizliklə gözləyirəm,” - Blinken Lavrovla görüşdən əvvəl media brifinqində bildirib.

US: Biden to nominate Antony Blinken as state secretary

Dövlət katibi deyib ki, ABŞ Rusiya və Ukraynaya separatçılarla Ukrayna hökumət qüvvələri arasında müharibəyə son qoymaq məqsədi daşıyan 2014-cü ildə imzalanmış sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə kömək edəcək. Lakin “Rusiya qarşıdurmanı davam etdirmək qərarına gəlsə, bunun ciddi nəticələri olacaq”, - deyə Blinken xəbərdarlıq edib.

Peskovun açıqlamasından isə belə görünür ki, separatçılarla Ukrayna qüvvələri arasında döyüşlər alovlana bilər. Amma Rusiyanın müdaxiləsi də gözləniləndir və separatçılara dəstəyi istisna deyil. Türkiyənin də rolunu nəzərə almaq lazımdır. Ankara Kiyevə ərazi bütövlüyünün bərpası üçün Moskva ilə toqquşmadan dolayısı ilə dəstək verə bilər. Bunu “Bayraktar”ların Ukrayna hərbi sənayesinin artıq mülkiyyətində olması ilə izah edə bilərik.

Bəs müharibə tezliklə başlaya bilərmi, yoxsa Rusiya göz qorxudur? Əgər döyüşlər başlasa, ABŞ və Avropa Birliyi Ukraynanı hansı səviyyədə müdafiə edəcəklər?

Yeni hücum Rusiyaya baha başa gələcək” - Dmitri Kuleba

Dmitri Kuleba 

Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib ki, Rusiyanın hücum ehtimalı ilə bağlı beynəlxalq birlik mühafizə paketi üzərində işləyir: “İkitərəfli görüşlərdə (Stokholmda) NATO-nun Riqadakı nazirlər toplantısında gördüyümüz işi burada davam etdirdik. Yəni Rusiyaya aid hərtərəfli paketin nədən ibarət olacağı ilə bağlı müzakirələr apardıq. Sizi inandırıram ki, hazırda müxtəlif diplomatik paytaxtlarda konkret tədbirlər haqqında çox dəqiq və çox məzmunlu söhbət gedir”.

İsveç xarici işlər naziri, ATƏT sədri Ann Linde isə deyib ki, ATƏT məkanında heç bir münaqişənin Ukraynadakı münaqişə qədər ciddi nəticələri olmayıb. O, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenliyə və ərazi bütövlüyünə tam hörmətlə dayanıqlı siyasi nizamlanmaya doğru irəliləyişin olmamasından narahatlığını ifadə edib.

Ramiyə Məmmədova: “Ermənistan sülh məsələsini cəfəngiyyata çevirdi”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a dediyinə görə, Rusiya-Ukrayna müharibəsinin tezliklə normallaşacağını gözləmir. Onun fikrincə, bölgədə yeni savaş Rusiyaya da lazım deyil. “Ukrayna Qərb və Rusiya arasında strateji mübarizə poliqonuna çevrilib. Təəssüf ki, bu dost ölkə üzərindən beynəlxalq güclər bir-birinə qarşı plasdarm kimi istifadə edirlər. Azərbaycanın üstünlüyü və siyasi-diplomatik uğuru ondadır ki, biz heç zaman İsrail-İran qarşıdurmasında ölkəmizin poliqon olmasına imkan verməmişik, habelə, Qərb və Rusiya cəbhələrində gedən mübarizədə toqquşma nöqtəsi olmamışıq. Əksinə, Rusiya Baş Qərargah rəisi ilə NATO generallarının görüş məkanı bir neçə dəfə Bakı olub. Ona görə Ukrayna düşdüyü vəziyyətdən çıxmaq üçün Rusiya ilə münasibətləri danışıqlarla yoluna qoymalıdır. Çünki Qərb onu nə qədər müdafiə etsə də, müharibədə lazımı dəstəyi verməyəcək. İkincisi, slavyan xalqlarıdır və bu savaş tərəflərə heç nə qazandırmayacaq”.

Ekspert bildirdi ki, Rusiya Qara dənizdə NATO gəmilərinin olmasına cavab kimi öz qoşunlarını Ukrayna sərhədinə cəmləşdirib: “Krımın ilhaqından sonra Qərb təhlilçiləri Rusiyanın potensial yeni hücumuyla bağlı dəfələrlə xəbərdarlıq ediblər, amma belə bir hücum gerçəkləşməyib. Eyni zamanda Rusiyanı daha ağır sanksiyalar gözləyə bilər. Hər halda Kremldə bunu hesablayırlar”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR