Rusiya Ukraynada soyqırımı törədib - Latviya parlamentinin qərarı

2022-04-21 16:15:00

 Rusiya Ukraynada soyqırımı törədib - Latviya parlamentinin qərarı

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Latviya Seymi Rusiya Federasiyasının Ukrayna dövlətinə qarşı hərbi təcavüzünü soyqırımı kimi tanıyıb.

Latviya Seyminin bəyanatında Rusiyanın Ukraynaya təcavüzündən, bu ölkədəki hərbi cinayətlərindən bəhs edilir, Rusiyanın Ukrayna xalqına qarşı soyqırımı törətdiyi bildirilir.

Parlamentin bütün fraksiyalarından olan 83 deputatın hamısı bəyanatın lehinə səs verib.

Seymin Xarici İşlər Komisiyasının bəyanatında Rusiya ordusunun Ukraynanın dinc sakinlərinə qarşı amansız kütləvi cinayətləri ilə bağlı çoxsaylı şahid ifadələri və dəlil-sübutlar diqqətə çatdırılır. Bu cinayətlər arasında Buça, İrpen, Mariupol və başqa yerlərdə seksual zorakılıq, qadın və uşaqların öldürülməsi halları sadalanır.

Seymin açıqlamasında Rusiya hakimiyyətinin hərbi cinayətləri ört-basdır eləmək cəhdləri mühakimə edilir. Latviyalı deputatlar diqqətə çatdırıblar ki, Rusiyanın hərbi müdaxiləsindən sonra on milyon ukraynalı öz evini tərk eləmək məcburiyyətində qalıb, onlardan dörd milyon nəfərdən çoxu Ukraynadan gedib.

Bəyanatda deyilir: “Rusiyanın Ukraynada şəhərlərin yaşayış rayonlarını, ictimai mərkəzləri, sərnişin vağzallarını və mülki infrastrukturu bombalayaraq, həmçinin dinc sakinləri öldürərək həyata keçirdiyi taktika hərbi cinayətlərin aşkar əlamətləridir və hətta ümumilikdə bəşəriyyətə qarşı cinayətdir”.

Seym həmçinin, ukraynanlıların zorla Rusiya ərazisinə aparılması cəhdlərini də xatırladıb.

Hürr Tərcüman

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya