Rusiya-Ukrayna savaşının 99-cu GÜNÜ: Kremlin strategiya dəyişikliyi nə vəd edir? - TƏHLİL

2022-06-04 13:36:00

Rusiya-Ukrayna savaşının 99-cu GÜNÜ: Kremlin strategiya dəyişikliyi nə vəd edir? - TƏHLİL

99 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 515 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 275 ədəd, səhra artilleriyası və minaatanlar – 559 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 234 ədəd, HHM sistemi – 97 ədəd, təyyarələr – 218 ədəd, helikopterlər – 174 ədəd, qanadlı raket – 119, PUA – 385 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 320 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 015 ədəd, səhra artilleriyası və minaatanlar – 1 735 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 458 ədəd, HHM sistemi – 332 ədəd, təyyarələr – 186 ədəd, helikopterlər – 132 ədəd, PUA – 1 055 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsan doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 99-cu gündə tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Bu gün Ukrayna qoşunları Severodonetsk istiqamətində əks-hücum həyata keçirdi. Şəhər uğrunda şiddətli döyüşlər gün boyu davam etdi. Şəhərdə küçə döyüşləri gedir. Hər iki tərəf ciddi itkilər verdi. Severodonetsk ərazisinin əsas hissəsi rusların nəzarətindədir. Onlar şəhəri tam nəzarətə götürməyə çox qərarlıdırlar. Ukrayna qoşunlarının Severodonetsk şəhərini geri qaytarmağı mümkünsüz görsənir.

Eyni zamanda, Rusiya qoşunlarının bu istiqamətdə digər məqsədi Baxmut-Kamışova nəqliyyat və təminat yoluna çıxmaqla nəzarətə götürməkdir. Meşəlik və bataqlıq ərazilərdə yollar strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən yola nəzarət etməklə onlar Ukrayna qoşunlarının hərəkətini qismən məhdudlaşdırmış olacaqlar. Önümüzdəki günlərdə də əsas döyüşlərin bu istiqamətdə gedəcəyini gözləməliyik.

Son sutka ərzində Ukrayna qoşunları Xerson vilayətində ciddi döyüşlər aparır. Bu istiqamətdə də tərəflər bütün gücü ilə əməliyyat şəraitinə hakim olmaq istəyir, lakin ruslar döyüş tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkir.

Zaporojye istiqamətində də hücumları alınmadı. Gün boyu şiddətli döyüşlər davam etdi. Xüsusən də artilleriya divizionları vəziyyəti dəyişmək üçün tam həcmdə atəş zərbələri endirməyə davam etdi.

Ukrayna qoşunları hər üç istiqamətdə hücumları dayandırmağa və vaxt qazanmağa çalışır. Ruslar isə tələsirlər. Tələsdikləri üçün ciddi itkilər verirlər.

Ukrayna qoşunları Avropadan daxil olacaq artilleriya texnikasını gözləməyə və qismən almağa davam edir.

Polşa verdiyi 18 ədəd “KRAP” haubitsasından Ukrayna əlavə 60 ədəd də alacaq. Amerikanın “HİMARS” artilleriya vasitələri artıq Avropa ərazisinə daxil olub və yaxın zamanlarda Ukrayna qoşunlarına tədarük ediləcəyi gözlənilir.

Popasnoe istiqamətində də taktiki səviyyədə ciddi döyüşlər getdi. Burada Rusiya Federasiyasının 8-ci ordusunun 150-ci motoatıcı diviziyası döyüşür. Bu bölmələr Popasnoe yaxınlığında da ciddi itkilər verir. Həm şəxsi heyət, həm də zirehli texnika itkiləri hücumların effektivliyinə ciddi mənfi təsir göstərir.

Günün yekununu analiz etdikdə görürük ki, Rusiya qoşunları bütün operativ istiqamətlərdə hücumlarını davam etdirməyə çalışır. Ukrayna qoşunları isə bu istiqamətlərdə onların qarşısını almağa çalışır. Əsas etibarı ilə istiqamətlər üzrə əməliyyat şəraitinə Rusiya qoşunları nəzarət edir. Bu onlara gündə minimum 250-300 nəfər canlı qüvvə itkisinə başa gəlir. Ukrayna qoşunları vaxt qazanmaq üçün mümkünsüzü etməyə davam edir. Onların əsas məqsədi hücum qruplaşmalarını dayandırmaq, onlara maksimum itki vermək və istədikləri əsas hərbi dəstək gələnə qədər müqavimət göstərə bilməkdir.

Onların buna nə qədər nail olacağına önümüzdəki günlərdə görəcəyik…”.

yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya