Saat:18:07
Haqqımızda

Rusiya-Ukrayna müharibəsinin gedişatı dəyişə bilər - “Politico”

2024-08-19 12:38:20

Rusiya-Ukrayna müharibəsinin gedişatı dəyişə bilər - “Politico”

Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişə bilər.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü, demokrat senator Mark Kelli bəyan edib.

“Politico” nəşri yazır ki, senatordan sitat gətirib:

“130 min rus öz evini tərk etmək məcburiyyətində qalıb və ukraynalılar bu münaqişənin gedişatını dəyişə biləcək gözlənilməz bir iş görüblər”.

Xatırladaq ki, 2022-ci ildə genişmiqyaslı müharibə başlayanda Ukrayna və onun müttəfiqləri bu savaşın Rusiya Federasiyası ərazisinə keçməsinin regional və ya qlobal münaqişəyə səbəb ola biləcəyini iddia edirdilər. Bununla belə, müharibə ən azı Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsini işğal etdiyi ana qədər dalana dirəndi.

“Vladimir Putin ukraynalılara hücum edib. O, qəsdən qadınları, uşaqları, qocaları qətlə yetirir və Ukrayna ərazilərini işğal edir. Bu, qeyri-qanuni işğaldır. Hələlik mən düşünmürəm ki, ukraynalılar Rusiya ərazisini qəsdən uzun müddət saxlamaq istəyirlər, lakin bu, Putini həqiqətən şoka salıb”, - senator ABŞ silahlarından Rusiya ərazisində istifadə edilməsindən narahat olub-olmadığı barədə suala cavabında deyib.

O qeyd edib ki, indi ukraynalıların təhlükəsizlik ehtiyaclarını öyrənməyə davam etmək məqsədəuyğundur. Kelli deyib ki, Ukraynanın hücumu ruslara Putinin onun iddia etdiyi misilsiz çempion olmadığını öyrətməlidir.

“O, həmişə özünü Rusiyanı qoruyacaq biri kimi qələmə verməyə çalışıb. Məncə, Rusiya vətəndaşları Putinin Ukraynada etdiklərinin nəticəsini görür və indi müəyyən təhlükə qarşısındadırlar”,- deyə Kelli əlavə edib.

Reyting.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181962