Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu
2024-11-04 13:29:32
Rusiya-Ukrayna müharibəsində Lənkərandan olan həmyerlimiz ölüb.
Hurriyyet.az xəbər verir ki, əslən Lənkəran rayon Separadi kəndindən olan Rusiya vətəndaşı 52 yaşlı Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiya-Ukrayna müharibəsində öldürülüb.
Məlumata görə, Z.Əzimov bir neçə ay bundan əvvəl döyüşlərə qatılıb və bir çox şəhərlərdə döyüşüb.
O, Rusiya-Ukrayna sərhədində, Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.
Qeyd edək ki, Z.Əzimov ailəli və qız atası olub./lent.az/