Rusiya-Ukrayna müharibəsində bir milyon nəfərə yaxın qüvvə itirilib
Hurriyyet.az xəbər veir ki, "The Wall Street Journal" nəşri Ukrayna mənbələrinə və Qərb kəşdiyyatının məlumatlarına istinadla Rusiya-Ukrayna müharibəsində itirilən qüvvə sayının 1 milyon nəfərə çatdığını yazıb.
Nəşrin istinad elədiyi Ukrayna məlumatlarına görə, Ukrayna ordusunun 80 min hərbçisi həlak olub, 400 min nəfər yaralanıb.
Rusiya ordusunun itkiləri barəsindəki məlumatlar fərqlidirlər. Bəzi qiymətləndirmələrə görə, 200 min insan həlak olub, 400 min nəfər yaralanıb.
Nəşr itkilərin sayını dəqiqləşdirməyin çətin olduğunu qeyd edib: tərəflərin heç biri rəsmi məlumatları dərc etmir. Məqalədə böyük itkilərin hər iki ölkə üçün uzunmüddətli fəsadlar törədəcəyi yazılır - hər iki ölkə müharibə başlanana qədər iqtisadi və sosial çətinliklər səbəbindən əhalinin sayının azalması ilə mübarizə aparırdı.
Hürr Tərcüman