“Rusiya Ukrayna ilə danışıqlarda Ərdoğanın vasitəçi olmasını istəyir” – “Bloomberg”

2022-08-05 20:56:00

“Rusiya Ukrayna ilə danışıqlarda Ərdoğanın vasitəçi olmasını istəyir” – “Bloomberg”

Hurriyyet.az “Ukrainskaya Pravda” portalına istinadla xəbər verir ki, “Bloomberg” nəşri Moskvanın Kiyev ilə sülh danışıqlarında Türkiyə Prezidenti R.T.Ərdoğanı potensial vasitəçi kimi gördüyünü yazıb.

Kremlə yaxın olan iki mənbə agentliyə müsahibəsində Türkiyənin Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasında vasitəçi rolunu çoxdan öz üzərinə götürməyə təkid elədiyini, lakin Rusiyanın hələ də bu ideyaya soyuq yanaşdığını yazıb.

Taxıl dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi vəziyyəti dəyişə bilər – Putin bugünkü görüşündə həmin razılaşmaya görə Ərdoğana şəxsən təşəkkürünü bildirib.

Bununla belə, Rusiya hələ döyüşlərin dayandırılması ilə bağlı şərtlərini yumşaltmır. “Bloomberg” nəşrinin yazdığına görə, Moskva Ukrayna ilə sülh danışıqlarına başlamaq üçün hərbi balansın Putinin xeyrinə ciddi şəkildə dəyişməsi baş verməsini gözləyir.

Türkiyə də digər NATO ölkələri kimi Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxış edir və ona silah tədarük edir. Bununla yanaşı, Ankara müharibəyə görə ABŞ ilə Avropanın Rusiyaya qarşı tətbiq elədiyi sanksiyalara qoşulmur.

Bloomberg” nəşrinin Türkiyə hakimiyyətindəki mənbələri bunu Ankaranın iqtisadi və siyasi maraqları ilə izah eirlər – Rusiyaya qarşı sanksiyalara qoşulmaq Ankaraya 35 milyard dollar həcmində zərər verə bilər.

Müharibənin sülh yolu ilə həlli Türkiyə üçün məhz buna görə vacibdir. Bundan başqa, vasitəçi missiyası Ərdoğanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək – 80% inflyasiya fonunda Türkiyə 2023-cü il prezident seçkilərinə hazırlaşır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055652