Saat:16:49
Haqqımızda

Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib

2024-09-06 10:13:06

Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib

Hurriyyet.az xəbər verir ki, Rusiya öz mövqeyini dəyişərək Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov RBK agentliyinə müsahibəsində Rusiyanın Ukrayna ilə bağlı 2022-ci ildə İstanbulda əldə edilmiş razılaşmalara qayıtmağa hazır olduğunu bildirib. Lavrov həmin razılaşmaların prinsiplərinin aktual olaraq qaldığını, lakin yeni reallıqların da nəzərə alınmalı olduğunu söyləyib. 
Lavrov xatırladıb ki, 2022-ci ildə müzakirə nizamlama prinsiplərinə Ukraynanın neytral statusu, NATO-ya daxil olmaqdan imtina və ölkə üçün təhlükəsizlik təminatı daxil edilib.
RF Prezidenti V.Putin Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışında qeyd edib ki, Rusiya heç vaxt Ukraynadakı danışıqlardan imtina etməyib, lakin onlar real təkliflərə əsaslanmalıdır.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229926