Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsinin zamanı və məkanı barəsində açıqlama
2025-06-03 16:30:12
Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Ukraynanın nümayəndə heyətlərinin danışıqlarının növbəti - üçüncü mərhələsi iyunun axırlarında, İstanbul şəhərində keçirilə bilər.
Rusiya mətbuatının yadığına görə, belə bir fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski səsləndirib.
Slutski deyib: "Möhkəm atəşkəsə doğru irəliləyiş üçüncü mərhələdə əsas məsələlərdən biri olacaq. Çox güman ki, danışıqlar ayın axırında, yenə də İstanbulda keçiriləcək".
Hürr Tərcüman
