Rusiya-Ukrayna danışıqları başlaya bilərmi? ABŞ kəşfiyyatından açıqlama
2023-02-27 09:03:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Vilyam Berns yalnız Ukraynanın hərbi uğurlarının Rusiya Federasiyası ilə danışıqların vaxtını yaxınlaşdıra biləcəyini bəyan edib.
Berns deyib: “RF-nin indi ciddi niyyətdə olduğunu düşünmürəm. Mənim fikrimcə, yalnız döyüş meydanında irəliləmə gələcəkdə danışıqların perspektivinin yaxşılaşmasına təsir göstərə bilər”.
Onun sözlərinə görə, Ukrayna danışıqların keçirilməsinin mümkünlüyü ilə bağlı qərar verməlidir və bununla yanaşı ölkənin “döyüş meydanında üstünlük qazanması üçün” Amerikanın ona yardım göstərməyə davam eləməsi “həyati əhəmiyyətə” malikdir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya