Rusiya Türkiyənin Suriyada antitterror əməliyyatı aparmasını istəmir - Lavrov Dəməşq ilə Ankaranı razılaşmağa çağırdı

2022-08-23 17:40:00

Rusiya Türkiyənin Suriyada antitterror əməliyyatı aparmasını istəmir - Lavrov Dəməşq ilə Ankaranı razılaşmağa çağırdı

Hurriyyet.az xəbər verir ki, RF XİN-in rəhbəri Sergey Lavrov Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlamasını istəmədiklərini bildirib və Dəməşq ilə Ankaranın mövcud kanallardan istifadə edərək razılaşmasının vacib olduğunu bildirib.

Lavrov Suriyanın XİN rəhbəri ilə birgə mətbuat konfransında deyib: “Suriya Ərəb Respublikasının şimalınakı vəziyyətin necə inkişaf edəcəyi məsələsinə gəlincə, ən başlıcası yeni hərbi əməliyyatların keçirilməsinə yol verməmək, Suriya ilə Türkiyə arasında əvvəllər də mövcud olmuş diplomatik kanallarla siyasi prinsiplər əsasında razılaşma əldə eləməkdir”.

Lavrov deyib ki, iki ölkə rasında belə razılaşmalar 1998-c ildə də, terror təhdidinin azaldılması məqsədi ilə əldə edilib: “Suriya Ərəb Respublikası bunu tanıyır, öz suveren əraziləri üzərində tam nəzarəti bərpa etdikdən sonra ona tamamilə cavabdeh olmağa hazırdır. Biz belə mövqeyi dəstəkləyirik”.

Suriyanın şimalı İŞİD terrorçularından təmizləndikdən sonra hazırda YPG/PKK terrorçularının oylağına çevrilib. Əsəd hökuməti həmin ərazilərə nəzarət edə bilmir. Terror yuvaları Türkiyənin cənubu üçün təhdidə çevrilib. Milyonlarla suriyalı qaçqının sığınacağına çevrilmiş Türkiyə dövləti vaxtaşırı həmin ərazilərdə antiterror əməliyyatları keçirir.

Xatırladaq ki, R.T.Ərdoğan mayın 23-də verdiyi açıqlamada Suriyanın şimalında yeni əməliyyata hazırlaşdıqlarını bildirmişdi. Əməliyyatda məqsəd 2019-cu ilin oktyabrında keçirilən “Barış bulağı” əməliyyatında yaradılmış 30  kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsidir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057104