Saat:08:01
Haqqımızda

Rusiya: Türkiyənin S-400-lə bağlı mövqeləri...

2021-08-05 13:43:00

Rusiya: Türkiyənin S-400-lə bağlı mövqeləri...

Rusiya ilə Türkiyə arasındakı əməkdaşlığın bir çox qarşılıqlı faydalı mövzularda inkişaf etdiyini görməkdən məmnunuq.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson deyib.

"Buraya hərbi-texniki sahədə əməkdaşlıq da daxildir. Birgə layihələrin həyata keçirilməsi, xüsusilə də 2019-cu ildə S-400 “Triumf” tipli hava hücumundan müdafiə sisteminin Ankaraya çatdırılması, ölkələrimizin bu sahədə əməkdaşlığı hərtərəfli inkişaf etdirmək əzmini nümayiş etdirir. Bunun üçün önəmli bir potensial görürük. Xarici təzyiqlərə baxmayaraq öz müdafiə bacarıqlarını təmin edən türk ortaqlarımızın münasibətini qiymətləndiririk", - Pilipson bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR