“Rusiya Türkiyənin qarşısını almaq üçün bazalar qurur”

2022-07-25 22:06:00

“Rusiya Türkiyənin qarşısını almaq üçün bazalar qurur”

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Suriyanın şimal sərhədində aparacağı antiterror əməliyyatına qarşı çxıarn Rusiya ağlagəlməz addımlar atmağa davam edir. Nəşrin Rusiya mətbuatına istinadla yazdığı xəbərə görə, Moskva iqtidarı Suriyada B.Əsəd hökumətinin razılığı ilə 3 yeni hərbi bazanın tikintisinə başlayıb.

Bəlli olduğu kimi, Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyə-Suriya sərhədinin 3 km dərinliyində antiterror əməliyyatının aparılacağını bəyan eləmişdi.

Tehranda İran-Rusiya-Türkiyə arasında keçirilən üçtərəfli sammitdən sonra Rusiya mətbuatı son həftələrdə Dəməşq və Moskva iqtidarlarının Türkiyəyə qarşı birgə hərəkət etdiklərini yazıb. ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin Suriya Prezdenti B.Əsəd ilə əməkdaşlıq eləməyi qərara aldığı günlərdə Dəməşq iqtidarı ilə Moskva hakimiyyətinin Suriyada yeni bazalar inşa etdiyi bəlli olub. Rusiyanın “Sputnik” informasiya agentliyinə müsahibə verən mənbələr bu hərbi bazaların M-4 avtomobil yoluna yaxın olduğunu da söyləyiblər. Məlumatda deyilir: “Rusiya qüvvələrinin dəstəklədiyi Suriya Rakkanın şimalında Türkiyənin əməliyyat aparması ehtimalına qarşı yeni bazalar qurdu”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.101241