Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

2022-05-13 09:51:00

Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

Türkiyə hakimiyyəti Mariupoldakı ukraynalı hərbçilərin “Azovstal” zavodundan Berdyansk limanı vasitəsilə təxliyə olunmasını Rusiyaya təklif edib.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil deyib.

O bildirib ki, təklifə əsasən təxliyə olunanlar Türkiyəyə gətirilməli və müharibənin bitəcəyi günə kimi bu ölkənin qonağı olmalı idi.

Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu Ankaranın təklifi ilə razılaşmayıb və Mariupolun müdafiəçilərinin təslim olmasını tələb edib.

M.Cəmilin sözlərinə görə, Türkiyə “Azovstal”dakı ukraynalı hərbçilərin həyatının xilas edilməsi üçün danışıqları hələ də davam etdirir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya