Rusiya Türkiyə və Qətərlə yeni taxıl müqaviləsi hazırlayır – Şərtlər
Rusiya Türkiyə və Qətərlə birlikdə bir ay əvvəl başa çatan taxıl müqaviləsini əvəz etmək üçün yeni saziş hazırlayır.
Hurriyyet.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.
Jurnalistlər iyulun 21-dən avqustun 8-dək Xarici İşlər Nazirliyi ilə Rusiya və Türkiyə səfirlikləri arasında rəsmi yazışmaları əldə ediblər.. Xəbərlərdə deyilir ki, Moskva Ankaraya taxıl sazişindən çıxmaq barədə əvvəlcədən xəbərdarlıq edib. Ona görə də Rusiya, Türkiyə və Qətər köhnə sazişin yerinə yeni üçtərəfli saziş hazırlamağa başlayıb.
Təklif olunan yeni sənədə əsasən, kasıb ölkələrə, xüsusilə Afrikaya Rusiya taxılının tədarükü planlaşdırılır. Türkiyə bu işdə təşkilatçı, Qətər isə təchizat sponsoru kimi çıxış edəcək.
“Eyni zamanda, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, ehtimal olunan razılaşmaya baxmayaraq, Moskvadan taxıl müqaviləsinə qayıtmağı xahiş edir”, - Bild yazır.
Azpolitika.info