Rusiya texnika sayında Ukraynadan üstünlüyü saxlayır – 10 minə yaxın itki var, amma...

2023-04-20 16:02:00

Rusiya texnika sayında Ukraynadan üstünlüyü saxlayır – 10 minə yaxın itki var, amma...

“Rusiya Ukraynadakı döyüş meydanında hərbi texnikada əhəmiyyətli itkilər verir, sanksiyalar nəticəsində onun silah istehsal imkanları son dərəcə məhduddur, lakin müharibəni davam etdirmək üçün kifayət qədər ehtiyata malikdir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, tankların, artilleriya qurğularının, yük maşınlarının, pilotsuz təyyarələrin ümumi itkiləri 10 minə yaxınlaşıb. Rusiya ordusu xüsusilə tanklarda ciddi itkilər verib.

"Müxtəlif hesablamalara görə, müharibənin birinci ilində Moskva 1845-dən 3511-ə qədər tank itirdi ki, onların əhəmiyyətli hissəsi 2013-cü ildə istifadəyə verilmiş modernləşdirilmiş T-72B3-lərdir. Rusiya sənayesi itkiləri yeni tankların tədarükü ilə doldura bilmir. Rusiyanın aparıcı tank istehsalçısı “Uralvaqonzavod” ayda 20 tank istehsal edir, Rusiya isə döyüş meydanında ayda orta hesabla 150 tank itirir. Nəticədə o, onilliklər ərzində anbarda qalan tankları, o cümlədən II Dünya Müharibəsindən dərhal sonra istifadəyə verilmiş T-55 tanklarını xidmətə qaytarmaq məcburiyyətində qalır”, - hesabatda deyilir.

Mərkəz bildirir ki, Rusiya həmçinin mühüm komponentlərə - Fransadan gətirilən müasir gecəgörmə cihazlarına çıxışı itirib:“Tanklarda istifadə olunan bu cihazların yarıdan çoxu Avropa və ABŞ-dan gətirilir. Hazırda mövcud olan Çin və İndoneziyadan alınananlar daha aşağı keyfiyyətlidir. İxracına Qərb dövlətləri tərəfindən qadağa qoyulan yarımkeçiricilər çatışmazlığı səbəbindən Rusiya təyyarə, raket və elektron müharibə avadanlıqları istehsalında böyük çətinliklər yaşayır”.

Bununla yanaşı Rusiya ehtiyatları sayəsində hələ də hərbi texnikada Ukrayna üzərində əhəmiyyətli üstünlüyünü qoruyub saxlayır.

Hesabatda Rusiyanın təyyarələrdə on beş qat, tanklarda yeddi-səkkiz dəfə və piyada döyüş maşınlarında dörd dəfə üstünlüyündən bəhs edilir.

“Sanksiyalar və ixraca nəzarət Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün ideal vasitə deyil”, - deyə hesabat müəllifləri qeyd edirlər.

Texnologiyada üstünlüyü çox güman ki, Ukraynanın əhəmiyyətli dərəcədə az itkilər verməsinə gətirib çıxarır, amma ruslar nə vaxtsa rəqiblərinin hərbi texnikada ciddi çatışmazlıq yaşamağa başlayacağına inanaraq, müharibəni davam etdirməyə çalışırlar. Hesabatda deyilir ki, texnikada say üstünlüyünü aradan qaldırmaq üçün müasir Qərb silahlarının Ukraynaya tədarükünü davam etdirilməsi lazımdır.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.170377