Rusiya terrorçu dövlət elan edildi

2022-05-10 16:02:00

Rusiya terrorçu dövlət elan edildi

Rusiya Federasiyasının beynəlxalq tribunala verilməsi tələb olunur

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Litva Seymi Rusiyanı terrorçu dövlət elan edib. Seymin bu gün qəbul elədiyi qətnamədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi soyqırımı kimi, Rusiyanın özü isə terrorçu dövlət kimi tanınıb.

Vilnüsdə parlament üzvləri Ukraynada törədilmiş cinayətlərə görə, Rusiyaya qarşı beynəlxal tribunal təşkil eləməyə çağırıblar.

Qətnamənin mətnində bildirilir ki, Rusiya Federasiyasının Silahlı Qüvvələri və muzdluları Ukraynanın ərazilərində, o cümlədən Buçada, Mariupolda, Borodyankada və Qostomeldə hərbi cinayətlər törədirlər”.

Litva mətbuatının verdiyi xəbərə görə, Seymin bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş sənəddə bildirilir ki, Rusiyanın Ukraynadakı hədəfi Ukrayna xalqını məhv eləməkdir.

Litva parlamenti Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Ukraynada etdiklərini “soyqırımı” adlandırıb. Qətnamənin mətnində deyilir: “Rusiya Federasiyasının Silahlı Qüvvələri qəsdən və sistemli şəkildə mülki obyektlərə zərbələr endirir, Rusiya Federasiyası terrorçuluğu dəstəkləyən və terrorçuluqla məşğul olan dövlətdir”.

Litva parlamentində bütün müqəssirləri məsuliyyətə cəlb eləmək və Rusiyanın Ukraynada törətdiklərinin araşdırılması və qiymətləndirilməsi üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalı yaratmaq çağırışı edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya