Rusiya terminalı vurdu: "Putin getdikcə miskinləşir"

2022-06-07 10:07:00

Rusiya terminalı vurdu:

Rus hərbçiləri Nikolayevdə Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıdıblar.

Hurriyyet.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

"Rusiyanın növbəti raket zərbəsi qlobal ərzaq böhranına səbəb olub. Rusiya qoşunları Ukraynanın Nikolayevdəki ikinci ən böyük taxıl terminalını məhv edib", - Borrell bildirib.

O qeyd edib ki, zərbə Rusiya Prezidenti Vladimir Putinin ticarət gəmilərinin Qara dənizdən təhlükəsiz keçməsilə bağlı son vədinə ziddir:

“Putinin ittihamları inkar etmək üçün yaydığı dezinformasiya getdikcə daha da miskin olur”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya