Rusiya televiziyasında Azərbaycana qarşı növbəti TƏXRİBAT - VİDEO
2023-01-25 15:20:00

Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib.
Hurriyyet.az xəbər verir ki, “Rossiya 1” telekanalının efirində canlı yayımlanan “Kto protiv” siyasi tok-şousunda erməni əsilli “ekspert” Araik Stepanyan Azərbaycan əleyhinə təxribatçı ifadələrə yol verib.
Belə ki, o, Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərdiyini və onlardan xilas olmaq istədiyini iddia edib.
Özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib.
Bizim.Media
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya