Rusiya Təhlükəsizlik Şurasının katibi İrəvana gedib

2022-11-23 10:45:00

Rusiya Təhlükəsizlik Şurasının katibi İrəvana gedib

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) sammitinin iclasında iştirak etmək üçün bu gün Ermənistanın paytaxtına gedib.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin bildirdiyinə görə, Patruşev İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.

Sammit bu gün – 23 noyabr tarixində keçiriləcək. Bu il KTMT-yə Ermənistan sədrlik edir. Sədrlik Belarusa təhvil veriləcək.

KTMT-yə daxil olan dövlətlər bunlardır: Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150167