Rusiya tankçıları Əfqanıstanla sərhədə toplaşdı

2021-07-20 13:53:00

Rusiya tankçıları Əfqanıstanla sərhədə toplaşdı

Hurriyyet.org xəbər verir ki,  Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasının tankçıları Lyaur poliqonundan başlanan 200 kilometrlik yolu keçərək Əfqanıstanla həmsərhəd olan “Hərb Meydan” poliqonuna çatıblar. Burada birgə taktiki təlimlər keçiriləcək. Bu barədə açıqlamanı Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti verib.

T-72 tanklarının heyətlərinin iştirak etdikləri təlimlər 5-10 avqust tarixlərində, Rusiya, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə keçiriləcək.

Rusiya hərbçilərinin Tacikistandakı təlimləri iyulun ortalarında Əfqanıstandakı vəziyyətin gərginləşməsi, taliblərin böyük əraziləri ələ keçirməsi fonunda başlanıb.